Amerikalı rəssam Jan-Mişel Baskvitin tablosu Nyu-York şəhərində keçirilən hərracda 110,5 milyon dollara satılıb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, rəsm əsərinin alıcısı rəssamın digər tablosunu daha əvvəl 57,3 milyon dollara alan yaponiyalı iş adamı Yusaku Maezava olub.
Qeyd edək ki, Jan-Mişel Baskvit 27 yaşında uyuşdurucudan dünyasını dəyişib.
Milli.Az