"Kiralık aşk"ın ulduzundan evlilik açıqlaması

19 May 2017 19:06

İki ildirn sevgili olan aktyor Barış Arduç və aktrisa Gupse Özayın bu yay evlənəcəyi deyilirdi.

Milli.Az axşam.az-a istinadən bildirir ki, dünən jurnalistlərlə qarşılaşan cütlük bu barədə iddialara cavab verib.

"Kiralık aşk"ın ulduzu B.Arduç martda sevgilisinin ailəsi ilə tanış olsa da, hələ evlilik barədə düşünmədiklərini bildirib. G.Özay isə "Bu, insanların istəyidir, amma hələlik belə bi şey yoxdur" deyib.

Qeyd edək ki, cütlük "Deliha" filminin çəkilişlərində tanış olublar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində