Ronaldudan rəqibə rüşvət ittihamı - VİDEO

19 May 2017 14:38

"Real"ın hücumçusu Kriştianu Ronaldu gözlənilməz hərəkətlə gündəmə gəlib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, portuqaliyalı forvard "Selta" ilə təxirə salınmış matçda rəqib futbolçusunu rüşvət almaqda günahlandırıb.

Maraqlıdı ki, 32 yaşlı superulduz bunu matçın gedişi zamanı meydanda edib. Belə ki, epizodların birində "Selta"nın müdafiəçisi Qustavo Kabrala əl hərəkətləri ilə içi pulla dolu çemodan aldığını işarə edib. Bu isə kameralara düşüb.
 
Qeyd edək ki, "Selta" üzərində 4:1 hesablı qələbə qazanan "Real" sona 1 tur qalmış ən yaxın izləyicisi "Barselona"nı 3 xal qabaqlayır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Ronaldodan rəqibə rüşvət ittihamı

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində