Bahar Candandan növbəti Murad Boz qalmaqalı - FOTO

19 May 2017 12:58

"İşte benim stilim"in qalmaqallı ulduzu Bahar Candan yenidən müğənni Murad Bozla gündəmə gəlib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Aslı Enver və M.Bozun ayrılmasına səbəb olduğu deyilən gənc qız bir neçə gün əvvəl İnstaqramda adının altına "M" hərfi əlavə etməklə hər kəsi çaşdırmışdı.

O, bu dəfə qaranlıqda, Murad olduğu ehtimal edilən bir nəfərin fotosunu paylaşaraq "M" yazıb. Fotoda üz aydın seçilməsə də, ötən gün M.Boz da studiyada olduğu üçün bu iddialar güclənib.

Qeyd edək ki, M.Boz və A.Enver hələ ki ayrılmaları barədə açıqlama verməyiblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində