Azərbaycanlı aktrisa qolundan yaralandı - FOTO

19 May 2017 12:16

Aktrisa Günel Məmmədovanın qolu yaralanıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, şüşə sınaraq aktrisanın qolunu kəsib. G.Məmmədovanın yarasına tikiş qoyulub.

Günel hazırda özünü yaxşı hiss etdiyini bildirib.

Qeyd edək ki, G.Məmmədova ATV-də yayımlanan "Günəşim ol" serialında rol alırdı. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində