60 yaşlı qadını zorlayıb, videosunu nəvəsinə göstərdi - FOTO

19 May 2017 10:35

Türkiyədə iyrənc təcavüz hadisəsi baş verib.

Milli.Az "Haberler"ə istinadla bildirir ki, Bodrumda 8 yaşlı oğlan uşağına təcavüz edən 65 yaşlı kişi tutulub.

O, uşağın 60 yaşlı nənəsini zorlayıb, video çəkib, sonra da videonu 8 yaşlı uşağa göstərdikdən sonra onu zorlayıb.

Uşağın anası onun özünü qəribə aparmasını hiss etdikdən sonra bütün baş verənləri öyrənib. Uşağı psixoloq yanına aparan qadın onun təcavüzə uğradığını öyrənib.

Valideynlər polisə xəbər veriblər. Məhkəməyə çıxarılan 65 yaşlı kişi həbs olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində