"Milan" gənc hücumçuya elçi düşüb

19 May 2017 07:07

"Milan" yayda hücum xəttini Andrea Belottiyə tapşırmaq istəyir. "Torino"nun direktoru Canluka Petraçi bununla əlaqədar "Milan"lı həmkarı Massimliano Mirabelli ilə artıq görüşüb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "rossoneri" gənc forvarda görə 60 milyon avro və 2 futboçusunu təklif edir. Turin klubuna daha maraqlı adlar Mbaye Nianq və Andrea Piolidir. Qeyd edək ki. Belottinin buraxılış qiyməti 100 milyon avrodur.

Milli.Az