"Zəfər günləri": Qalib idmançılarla görüş - FOTO

18 May 2017 16:24

Milli Olimpiya Komitəsində (MOK) "Zəfər günləri" adlı silsilə xarakterli tədbirdə Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında medal qazanmış Azərbaycan idmançıları ilə görüş keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə bildirib ki, Azərbaycan idmançıları ötən gün 18 medal qazanıblar. Bu medallardan 9-u qızıl, 5-i gümüş, 4-ü isə bürüncdür. Ümumilikdə milli komandamız 99 medalla (50 qızıl, 29 gümüş və 20 bürünc) ikinci pillədəki yerini qoruyub.

Sonra medalçılara hədiyyələr verilib.

Qonaqlara konsert proqramı təqdim olunub.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində