Teyyül-ərz nə deməkdir?

20 May 2017 08:35

Teyyül-ərz nə deməkdir və bunu kimlər edə bilər?

Teyyül-ərz ərəb dilində yer dəyişmək, məsafə qət etmək mənasını verir. Bəzi müqəddəs şəxslərin və övliyaların, Allahın izni ilə məkan fərqliliyini aradan qaldıraraq, ani olaraq uzaq məsafə qət etməsinə teyyül-ərz deyilir.

Milli.Az islam.az-a istinadən bildirir ki, bu müqəddəs şəxslər Allah yanında uca məqam sahibi olduqlarına görə, Allah onlara möcüzə və kəramət göstərmək qabiliyyətini bəxş edir. Bəzi məlumatlara görə, ismi-əzəmi (Allahın ən böyük adını) söyləməklə teyyül-ərz etmək mümkündür. Teyyül-ərz edən adam bir göz qırpımında çox uzaq məsafələri aşır və tamam fərqli bir məkana yetişir, sonra eyni sürətlə öz əvvəlki məkanına dönür. Məsum imamların, övliyaların, böyük alimlərin teyyül-ərz edərək uzaq bir məkanı ziyarət etmələri, köməyə ehtiyacı olan şəxsə yardım göstərmələri, onları görmək istəyən adamla görüşmələri barədə rəvayətlər mövcuddur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində