"Google" süni intellekti tədqiq edir

20 May 2017 08:15

"Google" şirkəti əsas diqqətini süni intellektin tədqiqinə yönəltmək fikrindədir.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin tərtibatçılar konfransında bildirilib.
 
Qeyd olunub ki, "Google" süni intellektin tədqiqi məqsədilə "Google.ai" adlı bölmə yaradır. Bölmə həm də süni intellekt texnologiyaları ilə işləmək üçün avadanlıqlar hazırlayacaq. Artıq "Google" dərin neyron şəbəkələrinin tədqiqi üçün yeni prosessor tərtib edib. O, maşınla tərcüməni 1 gündən 6 saata qədər azalda biləcək. Şirkət bu qurğunu satmayacaq, sadəcə, ilin sonunda istifadəyə veriləcək yeni bulud xidməti ilə işləmək imkanı təqdim edəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində