Premyer Liqada simulyasiya edən futbolçular cəzalandırıla bilər

18 May 2017 13:34

Bu gün İngiltərə Premyer Liqasında futbolçuların simulyasiyası ilə bağlı yeni qərar qəbul oluna bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Liqa rəhbərliyi oyunların videotəkrarı əsasında simulyasiya edən futbolçuları cəzalandırmaq məsələsini nəzərdən keçirəcək. Bu işlə məşğul olacaq xüsusi komissiyanın həftənin əvvəlində həmin epizodlara təkrarən baxıb qərar verəcəyi planlaşdırılır. Analoji sistem artıq Şotlandiyada icra olunmaqdadır. Qərar qəbul olunsa, növbəti mövsümdən Premyer Liqada hakimi aldatmağa yönəlmiş hərəkət edən oyunçulara cəza təyin olunacaq. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində