Con Terri Uels klubunun hədəfində

18 May 2017 13:15

"Suonse"nin baş məşqçisi Pol Klement müdafiə xəttini gücləndirmək niyyətindədir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis bu yay "Çelsi"dən gedəcək Con Terrini kluba dəvət etmək istəyir. Klement növbəti həftə 36 yaşlı futbolçu ilə görüşüb transfer məsələsini müzakirə edəcək. Terri, həm də mayın 21-də "Sanderland"ə qarşı oyunu karyerasının son oyunu kimi də təqdim etmişdi. Klement isə Terri ilə yaxşı münasibətlərinə görə onu "Suonse"yə gətirəcəyinə ümid edir. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində