"Mançester Yunayted" üçün Xames Rodriqez əsas deyil

17 May 2017 23:18

"Real Madrid"in yarımmüdafiəçisi Xames rodriqez "Mançester Yunayted" üçün prioritet transfer deyil.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "qırmızı şeytanlar"ın baş məşqçisi Joze Mourinyo transfer büdcəsinin kolumbiyalı futbolçuya deyil, daha çox Antuan Qrizmanna sərf olunmasına tərəfdardır. "Yunayted" Avropa Liqasının finalında qələbə qazanaraq növbəti mövsüm Çempionlar Liqasının qrup mərhələsində yerini təmin etsə, Qrizmannı daha rahat heyətə cəlb edə bilər. Ötən həftə İngiltərə mətbuatı "manikunianlar"ın Xameslə razılaşdığını yazmışdı. Ona görə "Real"a 75 milyon avro ödəniləcəyi bildirilirdi.

Milli.Az