Azərbaycana İslamiadada 50-ci qızıl medalı Olimpiya çempionu qazandırdı - YENİLƏNİB

17 May 2017 22:17

22:17

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında kişilərin taekvando yarışlarında +87 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan idmançısı Radik İsayev qızıl medal əldə edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Olimpiya çempionumuz finalda Özbəkistan təmsilçisi Dmitri Şokina qalib gələrək Azərbaycana İslamiadada 50-ci qızıl medalı qazandırıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

---------

22:10

Kişilərin taekvando yarışlarında 87 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan idmançısı Radik İsayev IV İslam Həmrəyliyi Oyunları çərçivəsində taekvando yarışlarında qızıl medal uğrunda yarışacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, Radik İsayev yarımfinalda iordaniyalı Hamza Kattana qalib gələrək finala vəsiqə qazanıb. Radik İsayevin finaldakı rəqibi özbəkistanlı Dmitri Şokin olacaq.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az