"Lester"nin sahibi daha bir klub alıb

17 May 2017 21:21

"Lester Siti"nin sahibi Vicay Srivadhanaprabha daha  bir klubu alıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, onun sahib olduğu "King Power" Belçikanın ikinci divizionunda mübarizə aparan "Leuven" klubunun nəzarət paketini ələ keçirib. Kluba kifayət qədər maliyyə dəstəyi vəd olunub. "Leuven"in idarə heyəti Vicay Srivadhanaprabhanın konkret təkliflə çıxış etdiyini bildirib. Klubun satılması 3 formal prosedurdan sonra baş tutacaq.

Milli.Az