Ağsuda 30 yaşlı qadın komaya düşdü - İNTİHARA CƏHD

17 May 2017 16:12

Ağsu şəhərində dərmandan zəhərlənmə hadisəsi qeydə alınıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Rusiyadan Ağsu rayonuna gələn və ailə həyatı quran 1987-ci il təvəllüdlü Marina Yeqorovna Zvezdenko müxtəlif psixotrop dərmanlar qəbul edərək koma vəziyyətinə düşüb. Bir uşaq anası Ağsu Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hadisənin dəqiq səbəbi hələ ki, məlum deyil.

Qadının intihara cəhd etdiyi ehtimal olunur.
 
Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.  

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində