Whatsapp-da göndərilən bu linkə girməyin

17 May 2017 15:32

Ən böyük mesajlaşma proqramı olan WhatsApp-da yeni təhlükəli virus yayılıb.

Milli.Az istipress-ə istinadən xəbər verir ki, proqram istifadəçilərinə "Whatsapp.com" linki göndərilir.

Linkə daxil olanda WhatsApp-la əlaqəsi olmayan sayt açılır. Maraqlıdır ki, həmin saytda hərflər kiril əlifbasındadır.

WhatsApp idarəçiləri istifadəçilərə xəbərdarlıq edib ki, mobil əlavəni telefona yükləməsinlər, bu, təhlükəli virus ola bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində