Ərəb şeyxi daha bir azərbaycanlı qızla... - FOTO

17 May 2017 16:08

Aparıcı Xəyalə Hüseyn məşhur ərəb şeyxi ilə foto çəkdirib.

"Mag" və "Fit" verilişlərinin aparıcısı olan Xəyalə Hüseynli "Bakı 2017 İslam Həmrəyliyi Oyunları"nın fəxri səfiri seçilən Şeyx Səid əl-Məktumla görüşüb. Bu il milli yığma komandada Azərbaycanı atıcı olaraq təmsil edən aparıcı Xəyalə Hüseyn Səid əl-Məktumla şəkil çəkdirmək fürsətini əldən verməyib.

Qeyd edək ki, Səid əl-Məktum keçən il azərbaycanlı bədii gimnast, beynəlxalq dərəcəli idman ustası Zeynəb Cavadlı ilə ailə qurub. Z.Cavadlı şeyxin sayca 3-cü həyat yoldaşıdır.

Atasından 16 milyard dollar sərvət qalan Səid əl-Məktum idman sahəsində böyük nailiyyətlər əldə edib. O, 1995-ci ildən etibarən peşəkar atıcı kimi fəalliyət göstərir, Olimpiya oyunlarının iştirakçısıdır. Səid əl-Məktumun "Əl-Şabab" adlı şəxsi futbol klubu, beynəlxalq dərəcəli at yarışlarında iştirak etmək üçün nəzərdə tutulan qaçış atları kolleksiyası var.

Nəzərə çatdıraq ki, Məktumlar dünyanın ən varlı monarxlarından sayılırlar./Publika.az

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində