52 yaşlı sevgilisinin evini partlatdı: özü də öldü, sevgilisi də - VİDEO - FOTO

17 May 2017 13:23

Türkiyənin Antalya şəhərindəki binaların birində bu gün səhər saatlarında partlayış olub.

Milli.Az "Haberler"ə istinadla bildirir ki, Antalyanın Döşemealtı mahalındakı binaların birində bu gün səhər saatlarında güclü partlayış baş verib. Nəticədə iki nəfər ölüb, bir nəfər isə yaralanıb.

Ölənlərin kimliyi məlum olub. Onlar 49 yaşlı Mustafa Alper və sevgilisi 52 yaşlı Nurcan Demiröz ölüb.

Partlayış dinamitlə törədilib. Ehtimala görə, partlayışı əvvəllər mədən işçisi olan Mustafa törədib. Qonşuların dediyinə görə, onlar daima mübahisə edirdilər və mübahisə əsnasında Mustafa sevgilisinə "səni də öldürəcəm, özümü də", deyirdi.

Məsələ ilə bağlı araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Sevgilisinin evini dinamitlə partlatdı

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində