Səfirlik: "İslamiada müsəlman ölkələri arasında qarşılıqlı anlaşmanı möhkəmləndərəcək"

17 May 2017 11:53

İndoneziya Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında fəal iştirak edir və ümid edirik ki, bu oyunlar İslam ölkələri arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə öz töhfəsini verəcək.

Milli.Az xəbər verir ki, bunu Trend-ə İndoneziyanın Bakıdakı səfirliyinin birinci katibi Angela Soevono deyib.

Onun sözlərinə görə, Oyunlarda cüdo, karate, taekvondo, uşu, suyatullanma, basketbol, gimnastika və digər idman növlərində yüzdən çox indoneziyalı idmançı iştirak edir.

Diplomat qeyd edib ki, İslamiada sayəsində beynəlxalq ictimaiyyət Azərbaycan barədə daha çox biləcək. Bu yarışlar həmçinin, Azərbaycanın iqtisadi və turizm potensialının inkişafına da müsbət təsir göstərəcək.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində