Atıcılıq komandamız hamıdan dəqiq oldu - Bakı-2017 - YENİLƏNİB

17 May 2017 13:51

13:51

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında 10 metr məsafədən pnevmatik tapança ilə atəş üzrə qarışıq komanda yarışında Azərbaycan qızıl medal qazanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Ruslan Lunyov və Nigar Nəsirovadan ibarət komandamız finalda Oman yığmasına qalib gəlib.

Üçüncü yeri İranın birinci komandası tutub.

Rəsul Məmmədov və Zərifə Qasımovadan ibarət ikinci komandamız isə 7-ci yerlə kifayətlənib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

----------

11:38

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın iki komandası 10 metr məsafədən pnevmatik tapança ilə atəş üzrə qarışıq komanda yarışının finalına yüksəlib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Ruslan Lunyov və Nigar Nəsirovadan ibarət birinci komandamız 473, Rəsul Məmmədov və Zərifə Qasımovadan ibarət ikinci komandamız isə 460 xal yığaraq final mərhələsinə çıxıblar.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində