Taekvandoçumuz İslamiadada yarımfinala yüksəldi

17 May 2017 10:58

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında taekvando yarışları davam edir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, 68 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Ayxan Tağızadə Əfqanıstan təmsilçisi Ruhullah Nikpa ilə qarşılaşıb.

Avropa Oyunlarının qalibi A.Tağızadə rəqibindən üstün döyüş nümayiş etdirib - 28:14.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində