Yardımlıda 17 yaşlı gənc itkin düşüb

16 May 2017 23:09

Yardımlıda rayon sakini itkin düşüb.

Milli.Az "Report"a istinadən bildirir ki, 2000-ci il təvəllüdlü Əlizadə Orxan Əlisəfa oğlu 11 may 2017-ci il tarixində Yardımlı rayonunda yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Yaxınlarının verdiyi məlumata görə, Orxanı sonuncu dəfə Bakı istiqamətində hərəkət edən taksiyə minərkən görüblər.

Həmin şəxsi görənlərdən aşağıdakı nömrələrlə əlaqə saxlamaları xahiş olunur:
(012) 497-51-68 (050) 872-81-81

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində