Hərraca çıxarılan əmlak dəyər-dəyməzinə satılmayacaq - VİDEO

16 May 2017 21:09

Artıq hərraca çıxarılan əmlak dəyər-dəyməzinə satılmayacaq.

Xezerxeber.az məlumat verir ki, Nazirlər Kabineti "Vergi ödəyicisinin siyahıya alınmış əmlakının satış məqsədi ilə elektron hərracın təşkili və keçirilməsi Qaydaları"nı təsdiq edib. Əksər hallarda harracda mənzil və ya nəqliyyat vasitəsi, real qiymətindən çox daha ucuz satılırdı. Bundan sonra vergi borcu olan şəxsin girova qoyduğu əmlakı elektron hərrac yolu ilə satılacaq.
Vergilər Nazirliyi hərracın keçiriləcəyi tarixlə bağlı elan verəcək. Şəxs, hərraca çıxarılan mənzilin elektron yolla potensial alıcısılarını izləyə biləcək. Mənzil üçün təklif edilən məbləği təqib etmək şansından yararlanacaq. Bu dəyişiklik müvaffiq qiymətə mənzil axtaranların da işinə yarayacaq.
Növbəti mərhələdə kommersiya banklarının həyata keçirdikləri həracların elektronlaşdırılması planlaşdırılır.
İqtisadçı Vüqar Bayramovun sözlərinə görə, yeni qaydaların tətbiq edilməsi büdcəyə daxilolmaları artıracaq.Çünki, əmlak bazar qiymətinə uyğun satıldıqda, büdcəyə daxil olan vəsaitin məbləği də artıq olur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Hərraca çıxarılan əmlakınızın satışına özününüz nəzarət edə biləcəksiniz