Gəncədə reyd: Gərgin anlar yaşandı - VİDEO - FOTO

16 May 2017 19:54

Gəncədə qanunsuz taksi fəaliyyəti göstərənlərə qarşı reyd keçirilib.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, məqsəd taksi sürücülərinin qanun çərçivəsində fəaliyyət göstərməsinə nail olmaqdır. Sürücülər min bir bəhanə ilə məsuliyyətdən yayınmağa çalışıblar.

Bəzi sürücülər maşının üzərindəki "taxi" nişanını götürməklə reyddən yayınmağa çalışıblar. Amma təbii ki, hava şəraitilə bağlı nişanın altında yaranmış iz belələrini müəyyən etməyə imkan verib.

DYP-nin Gəncə şöbəsinin əməkdaşlarının da iştirak etdiyi yoxlamalar zamanı ciddi qanun pozuntuları aşkar edilib. Bir neçə nəqliyyat vasitəsi cərimə meydançasına aparılıb.

Oqtay Məmmədov - Avtomobillə Sərnişindaşıma İdarəsinin şöbə rəisi: "Bu reydlər mütəmadi davam edəcək. 15 qeyri-qanuni fəaliyyət göstərən taksi sürücüsünə inzibati qaydada cərimələr tətbiq olundu. 30-a yaxın sürücünü isə fərqlənmə nişanı almağa cəlb etdik. Buradan səslənirəm - fərqlənmə nişanı alaraq taksi fəaliyyəti ilə məşğul olsunlar, bir də taksi duracaqları nişanları olan yerlərdə dayansınlar".

Avtomobillə Sərnişindaşıma İdarəsinin məlumatına görə, hazırda Gəncədə 600-dən çox sürücü taksi kimi fəaliyyət göstərir ki, bunlardan da son bir ayda yalnız 100 nəfəri fərqlənmə nişanı alıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin: