150 ölkə kiberhücumlara məruz qalıb

18 May 2017 08:59

Avropa Birliyinin Polis Agentliyinin (Avropol) direktoru Rob Ueynrayt bəyan edib ki, 12 may tarixində 150 ölkədə təxminən 200 min fiziki və hüquqi şəxs kütləvi kiberhücumların qurbanı olublar.

Milli.Az ICTnews-a istinadən bildirir ki, onun sözlərinə görə, hakerlər müxtəlif qurumların serverlərini fırıldaqçılıq metodundan istifadə edən proqram təminatı ilə yoluxduran zaman birdəfəli yazma və çoxdəfəli oxuma imkanını nəzərdə tutan informasiya daşıyıcılarından istifadə ediblər ki, bu da hücumun qlobal miqyas almasına səbəb olub.

"Son hesablamalara görə, 200 mindən çox fiziki şəxs və qurum kiberhücumun qurbanı olublar" - Ueynrayt deyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində