Rusiyada partlayış: 3 ölü, 8 yaralı - YENİLƏNİB - VİDEO

16 May 2017 17:25

17:25

Rusiyanın Volqoqrad şəhərində yaşayış binasında baş vermiş partlayış nəticəsində 3 nəfər həlak olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, daha 8 nəfər xəsarət alıb.

Araşdırmalar nəticəsində məlum olub ki, partlayış su ötürücüsündə təmir aparılan zamanı qaz borusunun zədələnməsi səbəbindən baş verib.

Yaşayış binasından 40-a yaxın sakin təxliyə edilib.

-----------

15:45

Rusiyanın Volqoqrad şəhərində yaşayış binasında partlayış olub, 2 nəfər ölüb, 5 nəfər yaralanıb. 

Milli.Az report-a istinadən xəbər verir ki,  bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin yerli idarəsi məlumat yayıb. 

İnformasiyaya əsasən, partlayış qaz sızması nəticəsində baş verib. Hadisə nəticəsində 16 mənzil, o cümlədən binanın girişi dağılıb. 

---------

15:04

Rusiyanın Volqoqrad şəhərində yaşayış binasında partlayış olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, qaz sızması nəticəsində çoxmərtəbəli binanın üçüncü blokunda partlayış baş verib.

İlkin ehtimala əsasən, iki nəfər xəsarət alıb.

Hadisə vaxtı girişdə 14 nəfərin olduğu deyilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Rusiyada partlayış: Yaralılar var

Rusiyada partlayış: 3 ölü, 8 yaralı

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində