Azərbaycanda diplomu tanınan universitetlərlə bağlı RƏSMİ AÇIQLAMA - "YANLIŞDIR"

16 May 2017 15:50

15:50

Təhsil Nazirliyi bəzi saytlarda Azərbaycanda diplomları tanınan xarici ölkə universitetlərinin siyahısı ilə bağlı informasiyalara münasibət bildirib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Nazirliyin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, təqdim edilən həmin siyahı yanlışdır: "Bu gün bir neçə saytda yanlış olaraq Azərbaycan Respublikasında diplomları tanınan xarici ölkə universitetlərinin siyahısı qeyd olunub. Bu, tamamilə yanlış siyahıdır".
 
C.Valehov qeyd edib ki, əgər ali təhsil müəssisəsi fəaliyyət göstərməsi üçün bütün zəruri sənədlərə malikdirsə və verdiyi təhsil sənədi fəaliyyət göstərdiyi ölkə tərəfindən tanınırsa, Azərbaycan Respublikası da həmin təhsil müəssisəsini tanıyır. 
 
Qurum rəsmisi əlavə olaraq bildirib ki, Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəsmi internet səhifəsinə (www.nostrifikasiya.edu.az) daxil olmaqla ENİC-NARİC bölməsindən ölkə ərazisində tanınan ali təhsil müəssisələrinin siyahısını əldə etmək olar. 

----------

10:30

Təhsil Nazirliyinin Nostrifikasiya (Xarici diplomların tanınması və ekvivalentliyinin müəyyən edilməsi) İdarəsi diplomları Azərbaycanda tanınan universitetlərin siyahısını açıqlayıb. 

Milli.Az ann.az-a istinadən xəbər verir ki, siyahıda 34 ölkənin 600 universitetinin adı yer alıb.

Siyahıya Almaniya universitetləri liderlik edir. Bu ölkənin 115 ali məktəbinin diplomu Azərbaycanda tanınacaq. Sayına görə ikinci yerdə ABŞ universitetləridir -71. İlk üçlüyü Rusiya ali məktəbləri tamamlayır. Bu ölkənin 58 universitetinin diplomunu Təhsil Nazirliyi tanıyacaq.

Azərbaycanlıların ən çox axın etdiyi Türkiyənin isə cəmi 13 universitetinin diplomu ölkədə tanınır. Diplomu tanınacaq Kanada universitetlərinin sayı isə 18-dir. Siyahıda Macarıstanın isə cəmi 1 universitetinin adı var.

Diplomları Azərbaycanda tanınan universitetlərin tam siyahısı ilə aşağıdakı linkdə tanış ola bilərsiz:

https://www.nostrifikasiya.edu.az/frontend/az/content/item/30-universitetl%C9%99r

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində