Gənc ana və 3 övladı ölümlə üz-üzə qaldı - LƏNKƏRANDA - VİDEO - FOTO

16 May 2017 09:23

Lənkəranda 4 nəfər dəm qazından zəhərlənib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Tütəpeşdə kəndində 1984-cü il təvəllüdlü Leyla Xanbala qızı Mehdizadə, onun övladları - 2003-cü il təvəllüdlü Nərmin, 2004-cü il təvəllüdlü Nigar və 2008-ci il təvəllüdlü Elmar Abbaszadə zəhərlənmə əlamətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Onlardan üçünün vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.
 
Bildirilir ki, axşam saatlarında elektrik enerjisi kəsildiyindən ev sahibləri evin altındakı generatoru işə salıblar. Generatordan çıxan qaz evdəki dörd nəfəri zəhərləyib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Gənc ana və 3 övladı ölümlə üz-üzə qaldı - LƏNKƏRANDA

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində