260 kiloqram arıqlayan cütlük evləndi - FOTO

15 May 2017 23:42

Amerikada yaşayan Ronni Brover və Andrella Maseva adlı cütlüyü görənlər tanıya bilmir.

Milli.Az axşam.az-a istinadən bildirir ki, 2015-ci ildə 306 kiloqram olan Ronniyə həkimlər tezliklə arıqlamağı məsləhət görmüşdülər. Əks halda, 30 yaşlı gənc ölə bilərdi.

Salonlardan birində idmanla məşğul olmağa başlayan Brover orada 24 yaşlı Maseva ilə tanış olur.

O zamanlar Andrella 113 kiloqram olub.

İki il ərzində durmadan idmanla məşğul olan və sağlam qidalar yeyən sevgililər nəhayət arıqlayıb və ötən gün nikah masasına oturublar.

Hazırda bəy 98, gəlin isə 61 kiloqramdırlar. İki ilə ikili ümumilikdə 260 kiloqram çəki ata biliblər.

Milli.Az