"Əsas kluba çevrilmişik"

15 May 2017 22:34

Pablo Zabaleta mövsümün sonunda "Manchester City" ilə yollarını ayıracaq.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, argentinalı müdafiəçi son illər şəhərin digər təmsilçisi "United"dən üstün olduqları barədə danışıb.

"Mançesterə gələndə özümü "Espanyol"da çıxış edən Barselona sakini kimi hiss edirdim. Şəhərin əsas klubu deyildik. İndisə əsas kluba çevrilmişik. Həmin vaxtlar Ser Aleks Ferqyusson bizi səs-küylü qonşular adlandırmışdı. Fikirləşirdim ki, onlar bizim haqqımızda belə danışırsa, şəhərtdə əsl səs-küy qaldırmaq lazımdır. Göstərək ki, "City" titul qazanmağa çalışan klubdur. Ola bilsin, bir zaman şəhərin əsas klubu olacağıq".

Zabaleta 2008-ci ildən "Manchester City"nin şəfərini qoruyur. Onun komandası son 4 mövsümdə turnir cədvəlində həmişə "United"i qabaqlayıb.

Milli.Az