Günün resepti - qaymaqlı ispanaq şorbası - FOTO

15 May 2017 07:00

Milli.Az qaymaqlı ispanaq şorbasının reseptini təqdim edir:

6 pay üçün

Yarım kilo təzə ispanaq

4 xörək qaşığı kərə  yağı

Yarım stəkan doğranmış baş soğan

3 xörək qaşığı un

5 stəkan toyuq  bulyonu (əvvəlcə 4 stəkanını əlavə edin, lazım olarsa qalanını də qatın)

Zövqə görə duz

Zövqə görə istiot

1 stəkan süd qaymağı

Bir çimdik muskat tozu

İspanağı təmizləyin, sərt saplaqlarını kəsin. Yarpaqları iri doğrayın. Yaxşıca yuduqdan sonra quruması üçün kağız salfetlərin və ya çay dəsmalının üstünə  sərin.

Qazanda yağı vam odda əridin. Soğanı əlavə edib tez-tez qarışdıra-qarışdıra şəffaflaşıb yumuşalana qədər, amma qızarmayanadək bişirin. İspanağı əlavə edin. Tez-tez qarışdııraraq ispanaqlar yumşalana qədər gözləyin.

Üstünə unu səpin. Qarışdırın. Toyuq suyunu tökün. Tez-tez qarışdıra-qarışdıra qaynadın. Sonra isə blenderdə püre edin. Alınan püreni qazana geri tökün. Duz və istiot vurun. İstəyə görə, muskat tozu da əlavə etmək olar.

Qaymağı qazana əlavə edin. Qarışdırın. Vam odda şorbanı isti vəziyyətə gətirin, amma qaynatmayın. Şorbanız hazırdır. Əgər şorba çox qatıdırsa,  bir az  toyuq bulyonu əlavə edib qarışdırın.

Nuş olsun!

Milli.Az