Ayların, gecələrin, gündüzlərin arasında seçilmişləri

16 May 2017 23:15

Həzrət Peyğəmbər (s) buyurur: "Allahın bütün xəlq etdikləri arasından seçilmişləri vardır. Onun diyarlar arasından seçilmişləri vardır. Gecələr arasından seçilmişləri vardlır. Gündüzlər arasından seçilmişləri vardır. Aylar arasından seçilmişləri vardır.

Allahın diyarlar arasından seçdikləri: Məkkə, Mədinə, Beytul-müqəddəsdir. Gecələr arasından seçdikləri: cümə gecələri, Şəban ayının 15-ci gecəsi, Qədr gecəsi, Qurban və Fitr bayramı gecələridir.
Gündüzlər arasından seçdikləri: cümə və bayramlardır.
Aylar arasından seçdikləri: Rəcəb, Şəban və Ramazan ayıdır".
Milli.Az deyerler.org-a istinadən bildirir ki,  Həzrət (s) başqa yerdə buyurur: "Dörd gecə vardır ki, gecələri gündüz kimidir, gündüzləri də gecə kimidir. (Yəni) Allah onlarda istəkləri yerinə yetirər və çoxlu mükafatlar verər:
1. Qədr gecəsi və onun gündüzü.
2. Ərəfə gecəsi və onun gündüzü.
3. Şəban ayının 15-i gecəsi və onun gündüzü.
4. Cümə gecəsi və onun gündüzü".
İmam Rza (ə) buyurur: "Əmirəl-möminin (ə) üç gecəni yatmazdı: Ramazan ayının 23-cü gecəsi, Fitr bayramı gecəsi və Şəban ayının 15-i gecəsi. Bu gecələrdə ruzilər, əcəllər, il boyunca olanlar bölünər". (Tebyan)
Həzrət  Peyğəmbər (s) buyurur: "Allah Şəban ayının 15-i gecəsində bəndələrinin əməllərinə nəzər salar və bütün xəlqini bağışlayar, müşrik və kinli insandan başqa".
Əziz Peyğəmbərin (s) bu mübarək gecədə etdiyi dua: "Sənin cəzandan əfvinə pənah aparıram. Xoşuna gəlməyənlərdən xoşuna gələnlərə pənah aparıram. Səndən Özünə pənah aparıram, ey zatı Əzəmətli Olan!".
Həzrət Peyğəmbər (s) buyurur: "Beş gecə vardır ki, dua onda rədd olunmaz: Rəcəb ayının ilk gecəsi, Şəban ayının 15-i gecəsi, cümə gecəsi, Fitr və Qurban bayramları gecəsi".
Həzrət Peyğəmbərin (s) buyururb: "Nə zaman Şəban ayının 15-i gecəsi gəlib çatar, o gecəni ibadətlə keçirin. Gündüzünü oruc tutun. Çünki Allah Təala buyurur: "Bağışlanma istəyən vardırmı ki, onu bağışlayım? Ruzi istəyən vardırmı ki, ona ruzi verim? (Hacət) İstəyən vardırmı ki, ona əta edim?". O zamana qədər ki, dan yeri ağarar".
 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində