Adi evi "ağıllı" evə çevirəcək

16 May 2017 07:51

Karneqi-Mellon Universitetinin əməkdaşı Herad Laput tərəfindən təqdim edilmiş universal qurğu hər hansı evdə müxtəlif hadisələri izləyir, məişət qurğularını dəyişmədən və ya mövcud cihazları fərdi sensorlarla təchiz etmədən adi evi "ağıllı" evə çevirməyə imkan verir .

Milli.Az ICTnews-a istinadən bildirir ki, "Synthetic Sensor" adlı qurğu şəffaf korpusa malik kiçik lövhə formasındadır, üzərinə kontroller və mikrofon, akselerometr, temperatur, rənglər datçiki, maqnit sahəsinin gərginliyi, "Wi-Fi" və atmosfer təzyiqi daxil olmaqla bir neçə datçik qurulub. USB konnektorlu adapter vasitəsilə qurğu enerji ilə doldurulur.

Cihaz aktivləşdirildikdən sonra evdə baş verən hadisələri izləyərək bu məlumatları fərdi kompüterə ötürür. Fərdi kompüterdə quraşdırılmış proqram təminatı kompüter təlimindən istifadə edir.
Məsələn, proqram təminatı sensorlardan toplanılmış məlumatlar əsasında krandan su axdığını, qazın yandığını, blender və ya başqa cihazların işlədiyini müəyyənləşdirə bilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində