Venesuelada etiraz aksiyaları: 27 yaralı

20 İyun 2017 08:28

Venesuelanın paytaxtının Altmira rayonunda etiraz aksiyası zamanı 27 nəfər xəsarət alıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə Çakao bələdiyyəsinin rəhbəri Ramon Muçaço deyib.

O, həmçinin aksiya zamanı 17 yaşlı nümayişçinin ölümünüdə təsdiq edib.

Məlumata əsasən, xəsarət alanların 4-ü odlu silahdan yaralanıb və hazırda onların həyatı üçün heç bir təhlükə yoxdur.

Qeyd edək ki, Venesuelada artıq 3 aydır kütləvi etiraz aksiyaları keçirilir. Bu müddət ərzində aksiyalarda 1,3 mindən artıq insan xəsarət alıb və 70 nəfər həlak olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində