Günün resepti: badımcan pizzası - FOTO

10 May 2017 07:00

Milli.Az lovely-culinary.com-a istinadən bildirir ki, sizə bostan badımcanı ilə necə pizza hazırlamaq olduğunu paylaşmaq istəyiirik. Bu yemək yüngül nahar və digər yeməklərin yanında isti qəlyanaltı kimi verilə bilər.

Lazım olan ərzaqlar:

Əvvəlcə badımcanları yuyub 1 sm qalınlığında halqalar şəklində doğrayıb duzlayın və kənarda 30 dəqiqə saxlayın.

Daha sonra badımcanlardan ayrılan suyu kağız salfet ilə qurulayıb tavada bir qədər bitki yağı qızdırın və badımcanların hər iki üzünü bir az qızardın. Tam bişirməyə ehtiyac yoxdu, çünki badımcanlar sobada da bişəcək.

Sous üçün bir kiçik soğanı soyub xırda doğrayın. Yağda qızardın.

Pomidorları soyub xırda doğrayın və soğanın üzərinə əlavə edib suyu çəkilənə qədər bişirin. Duz və reyhan qurusu əlavə edin.

Soba qabını bir az yağlayıb badımcanları düzün. Üzərinə pomidorlu sousdan qoyun. Ən üstə sürtkəcdən keçirilmiş pendir töküb sobada 180 dərəcədə 15-20 dəqiqə bişirin.

Süfrəyə isti halda verin.

Nuş olsun!

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində