Günün resepti: küncütlü toyuq qızartması - FOTO

9 May 2017 07:00

Küncütü heç belə istifadə etmişdiniz? Adətən çörəklərin, kökələrin üzərinə səpirik.

Milli.Az lovely-culinary.com-a istinadən bildirir ki, bu dəfə isə toyuq ətini küncüt ilə qızartmağı yoxlayın. Əminik ki, fərqli dadını bəyənəcəksiniz.

Lazım olan ərzaqlar:

Toyuğun döş ətini nazik, uzun-uzun doğrayın, duz, istiot, soya sousu ilə qarışdırıb 30 dəqiqə saxlayın.

Sonra ayrı ayrı qablara un, yumurta və küncütü tökün.

Toyuq hissələrini əvvəlcə una, sonra yumurtaya və küncütə batırıb qızğın yağda hər iki tərəfini qızardın.

Süfrəyə ketçupla və ya mayonezlə verə bilərsiniz.

Nuş olsun!

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində