Tramp Mahmud Abbas ilə görüşəcək

1 May 2017 22:40

ABŞ prezidenti Donald Tramp Fələstin muxtariyyətinin lideri Mahmud Abbasla görüşəcək.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Ağ Evin rəsmi nümayəndəsi Şon Spayser bəyan edib.

Onun sözlərinə görə, görüş mayın 3-də Ağ Evdə, Mahmud Abbasın ABŞ-a rəsmi səfəri çərçivəsində baş tutacaq.
 
Qeyd edək ki, bundan əvvəl Fələstinin Rusiyadakı səfiri M.Abbasın mayın 11-də Moskvaya səfər edəcəyini bildirib.

Milli.Az