Tramp ikinci müddətə prezident seçiləcəyinə əmindir

29 Aprel 2017 08:58

ABŞ prezidenti Donald Tramp ikinci müddətə prezident seçiləcəyinə əmindir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, ABŞ lideri bu barədə "Fox News" telekanalına müsahibəsində bildirib.
 
"Əminəm ki, gördüyümüz uğurlu işlər mənə ikinci müddətə prezident seçilmək imkanı verəcək. Düşünürəm ki, hər şey yaxşı olacaq. Kim prezidentliyinin ilk 100 günündə bu qədər iş görüb, bilmirəm. Həmişə deyirəm - bu 4 il yox, 8 il davam edəcək", deyə D.Tramp bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində