Cennifer sevgilisi ilə - FOTO

26 Aprel 2017 23:24

Müğənni Cennifer Lopez və beyzbolçu sevgilisi Aleks Rodigez restorandan çıxarkən görüntüləniblər.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ikili qlamur geyimi ilə diqqət çəkib.

Belə ki, Cey Lo "Roland Mouret"dan olan 3 minlik açıq yaşıl rəngli donu və 170  dollarlıq gödəkçəsi ilə, Aleks isə açıq boz kostyumu və açıq çəhrayı köynəyi ilə göz oxşayıblar.

Artıq bərabər görünməkdən çəkinməyən cütlük əl-ələ, gülərək kameralara poz verib.

Milli.Az