Yohan Kroyffun adı "Ayaks"ın stadionuna veriləcək

26 Aprel 2017 09:26

"Ayaks"a məxsus "Amsterdam Arena"nın adı dəyişdiriləcək. 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, sözügedən arena Hollandiya futbolunun canlı əfsanəsi, mərhum Yohan Kroyffun adını daşıyacaq. 

Bu məsələ artıq klub və şəhər rəhbərliyi arasında müzakirə olunub və ictimaiyyətə məhz bu gün, Kroyffun 70 yaşı tamam olanda açıqlanıb. 

Stadiondan başqa, Kroyyfun adı Amsterdamda küçə, meydan və ya körpüyə də verilə bilər. 

2016-cı ilin martında dünyasını dəyişən veteran futbolçu 1964-1973 və 1981-1983-cü illərdə "Ayaks"ın formasını geyib. 1986-1988-ci illərdə isə o, komandanın baş məşqçisi olub. 

O, XX əsrin ən yaxşı futbolçularından biri hesab olunur. Kroyff 3 dəfə "Qızıl top"a sahib çıxıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində