Britni Spirs hamilədir? - FOTO

25 Aprel 2017 22:29

Müğənni Britni Spirs özündən 12 yaş balaca sevgilisi Sem Asgarini itirməkdən qorxur.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə 35 yaşlı pop ifaçısına yaxın mənbə deyib. Onun sözlərinə əsasən, Britni 23 yaşlı rəqqas Asgaridən hamilədir və bundan sonra sevgilisinin onu atacağından qorxur.

Mənbə onu da əlavə edib ki, Britni bu səbəbdən Sem ilə münasibətlərini rəsmiləşdirmək qərarına gəlib.

Amma sənətçi hamilə olması barədə özü rəsmi məlumat verməyib.

Qeyd edək ki, cütlük Britninin "Slumber party" klipinin çəkilişlərinə tanış olublar. Ötən ilin dekabrında isə onların sevgili olduğu üzə çıxıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində