Hepatit B və C ilə bağlı QORXUNC STATİSTİKA

24 Aprel 2017 23:45

Ümumdünya Səhiyyə Təşkilatı hepatit B və C ilə bağlı olan qorxunc statistikanı dərc edib.

Mütəxəssislər bildirir ki, hal-hazırda dünyada 325 mln. insan bu hepatitlərə yoluxub. Onlardan 70 mln.-dan çon insanda hepatit C, 250 mln.-dan çox insanda hepatit B aşkar olunub.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, ÜST mütəxəssislərinin əsas narahatçılığı ondan ibarətdir ki, bu insanların əksəriyyəti lazım olan müalicə almır.

Yoluxanların sayı ildən ilə artır. Belə ki, yalnız 2015 ildə 1,75 milyon insan bu viruslara yoluxub.

ÜST-nın məlumatına görə, 2015 ildə dünyada hepatitlərdən 1 ,34 mln. insan ölüb.

Hepatit B və C bütün dünyada ən ağır qaraciyər xəstəliklərinin əsas səbəbi sayılır.

Milli.Az