Ərinin 18 il əvvəlki fotosunu paylaşdı

23 Aprel 2017 23:09

Model Almeda Abazi İnstaqram səhifəsində həyat yoldaşı, aktyor Tolqahan Sayışmanın fotosunu paylaşıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Almeda hazırda 35 yaşı olan Tolqahanın 17 yaşında çəkdirdiyi şəklini sosial media hesabında yerləşdirib və yazıb:

"Yaraşıqlı ərim 17 yaşında olarkən".

Qeyd edək ki, cütlük bu ilin fevralında evlənib. İkili ABŞ-ın Los-Anceles ştatında nikah masasına oturub. Toyda təxminən 40 nəfər iştirak edib.

Milli.Az