Bazarlara yazlıq meyvə-tərəvəzlər çıxarılıb - QİYMƏTLƏR - VİDEO

21 Aprel 2017 22:40

Havalar isindikcə yazlıq meyvə-tərəvəzlər də yavaş-yavaş bazarlara çıxarılmağa başlayıb. Əməkdaşlarımız bu gün bazarlarda olub və təzə çıxan yerli məhsulların qiymətləri ilə maraqlanıblar.

Milli.Az bildirir ki, bazarlarda mövsümi meyvələr çiyələk və alça, tərəvəzlərdən isə xiyar, kök, kartof və turpdur.

Bazarlara artıq yerli yazlıq meyvə-tərəvəzləri görmək mümkündür.

Ancaq yazlıq meyvə-tərəvəzlər hələlik nübar olduğu üçün qiymətləri bir qədər bahadır.
Satıcıların sözlərinə görə, bazarda yerli məhsullar artdıqca qiymətlər də enəcək. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bazarlara yazlıq meyvə-tərəvəzlər çıxarılıb - QİYMƏTLƏR