Paris prokurorluğu açıqladı: Bu, Kərim Şarfidir

21 Aprel 2017 22:03

Paris prokurorluğu aprelin 20-də Fransa paytaxtında polislərə hücum edən şəxsin adını açıqlayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, onun 39 yaşlı Kərim Şarfi olduğu bildirilir.

Parisin prokuroru Fransua Mollen deyib ki, K.Şarfi əvvəllər dörd dəfə cinayət məsuliyyətinə cəlb edilib.  
 
Qeyd edək ki, ötən gecə Parisin mərkəzində silahlı insident baş verib. Nəticədə bir polis həlak olub, daha bir polis yaralanıb. Hadisəni törədən şəxslərdən biri atışmada öldürülüb, biri isə qaçıb.
 
İŞİD terror qruplaşması Parisdəki atışmaya görə məsuliyyəti üzərinə götürüb.

Milli.Az