Tağı Əhmədov nəvəsinə pulsuz toy edəcək

21 Aprel 2017 18:12

Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun şad günü yaxınlaşır. O, nəvəsi Dinarəyə olduqca fərqli toy edəcək.

Milli.Az yeniçağ.az-a istinadən xəbər verir ki, T. Əhmədov bu toyla Azərbaycan məmurları arasında bir ilkə imza atacaq. Belə ki, məclisə çağırılan hamı Tağı müəllimin qonağı olacaq, nəmər yığılmayacaq. Qonaqlar səbəbkarın şərəfinə yeyib-içib, şənlənəcəklər.

Qeyd edək ki, Dinarə Tağı müəllimin oğlu Raufun qızıdır. Toy məclisi aprelin 22-də "Neolit" restoranında baş tutacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində