Qana təlabatı ödəyən yeni preparat

21 Aprel 2017 22:52

Qanın quru əvəzləyicisi hazırlanıb. Preparatın ən üstün cəhəti xüsusi saxlanma şəraiti tələb etmədən istənilən qrup və rezus-faktorlu donor qanının eritrositlərini tam əvəzləməsidir.

xəbər verir ki, Rusiyanın Kaluqa vilayətinin alimləri çoxlu qan itirən insan orqanizminə kömək etmək üçün hazırladıqları preparatı PAM-3 adlandırıblar. Qanın quru əvəzləyicisindən döyüş şəraitində yaralanmalar və ya fövqəladə hadisələr zamanı istifadə oluna bilər.

Artıq o könüllülər üzərində klinik sınaqlardan keçirilib. Preparatın orqanizm tərəfindən qəbul edilib-edilməməsi öyrənilib. Onun istifadəsinin təhlükəsiz olması təsdiqlənib.

PAM-3 müxtəlif həlledicilərlə, standart elektrolitlərlə uyğunlaşır. Lazım gəldikdə həkim onun doza və qatılığını dəyişə bilir. Preparat qanköçürmə zamanı infeksion xəstəliklərə yoluxmaq riskini aradan qaldırır. (publika.az)

Milli.Az