Subaru-dan böyük krossover - FOTO

11 İyun 2017 20:05

Subaru şirkəti Nyu-York avtoşousunda adını Ascent-ə dəyişmiş konsept Viziv-7-nin təkmilləşdirilmiş versiyasını təqdim edib. Həmçinin 7-yerlik krossoverin seriyalı variantına da ad qoyulacaq.

Milli.Az auto.az-a istinadən bildirir ki, seriyaya yaxınlaşan prototip müəyyən qədər futuristik optikası və fərqli asması, habelə yeni yan ətəklər və təkər diskləri ilə seçilir. Bundan əlavə, Subaru konseptual krossoverin interyerini də (Viziv-7-nin salonu nümayiş oilunmayıb) göstərib. Burada əsas məqamlar tam rəqəmsal cihazlar paneli, şüşəqaldırıcılarının sensorlu idarəetmə paneli, sensorlu düymələri olan 3-milli sükan daxildir.

Daha bir maraqlı detal - qabaq paneldə böyük taçskrin. Bu, multimedia kompleksinin displeyini klimat sistemini idarə edən blokla birləşdirir. İnteryer iki rəngdə dəri ilə işlənilib.

Məlumdur ki, yeni krossover ABŞ-ın Lafayett şəhərindəki zavodda buraxılacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində