"Mançester Yunayted" - "Anderlext" oyununu izləyən 30 nəfər öldü

21 Aprel 2017 16:34

Nigeriyada Avropa Liqasının 1/4 finalında keçirilən "Mançester Yunayted" - "Anderlext" (2:1) qarşılaşmasını izləyən 30 insan həlak olub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Kalabar şəhərinin mərkəzində yerləşən klublardan birində oyuna baxan azarkeşləri cərəyan vurub. Belə ki, yüksək gərginliklə xətlərdən biri həmin izləmə salonuna düşüb. "Yunayted" baş verən faciə ilə əlaqədar ölənlərin qohumları və yaxınlarına başsağlığı verib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində